Holokostda mühakimə olunan ən yaşlı nasist 102 yaşında vəfat edib


Nasist Almaniyasındakı Zaksenhauzen əsir düşərgəsində Holokost cinayətlərinə görə məhkum edilmiş ən yaşlı şəxs Josef Şütz 102 yaşında vəfat edib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Josef Şütz milyonlarla yəhudinin qətlə yetirildiyi soyqırımın ən yaşlı məhkumudur.

Keçən ilin iyununda Almaniyanın Zaksenhauzen əsir düşərgəsində faşistlər dövründə Holokost zamanı törətdiyi cinayətlərə görə mühakimə olunan SS mühafizəçisi Yozef Şütz 102 yaşında vəfat edib. Holokost zamanı törədilən cinayətlərə görə məhkum edilən ən yaşlı şəxs kimi tanınan Şütz, 1942-1945-ci illər arasında Almaniyanın paytaxtı Berlin yaxınlığındakı Zaksenhauzendə 3500-dən çox məhbusun ard-arda qətlə yetirilməsinə köməklik etməkdə təqsirli bilinib. Zaksenhauzendə mühafizəçi olduğunu hər zaman inkar edən Şütz 5 il həbs cəzasına məhkum edilib.

Bir SS mühafizəçisinin sənədlərində adı və doğum məlumatları aşkarlanan Şütz, SS mühafizəçisi olduğunu təkzib edərək o zaman Meklenburq-Ön Pommern əyalətinin Pasewalk şəhəri yaxınlığında kənd təsərrüfatı işçisi işlədiyini iddia edib. Məhkəməsi zamanı Şütz Almaniya məhkəməsinə "Mən burada niyə oturduğumu bilmirəm. Həqiqətən də bununla heç bir əlaqəm yoxdur" - deyib.

Şützün sovet hərbi əsirlərinin vurulmasında və başqalarının Ziklon B qazı ilə öldürülməsində şərik olduğu müəyyən edilib və o, Federal Ədalət Məhkəməsinə etdiyi müraciətin nəticəsi olana qədər sərbəst buraxılıb.

Keçən il ilk dəfə olaraq bir qadın nasist cinayətlərinə görə mühakimə olunub. Ötən ilin dekabrında həmçinin indiki Polşa ərazisindəki Ştuttof düşərgəsində katib işləyən və o zaman 18 yaşı olan İrmqard Furçner 11 min 412 insanın ölümünə kömək etməkdə təqsirli bilinib. Nasist cinayətlərinə görə mühakimə olunan ilk qadın 97 yaşlı Furçner məhkəmə tərəfindən iki il şərti cəzaya məhkum edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu