Yaponiyada ifrat solçu fəala 20 il həbs cəzası verilib

Yaponiyada ifrat solçu “Çuukakuha” qruplaşmasının fəalı Masaaki Osaka müxtəlif cinayətlərə, o cümlədən 1971-ci il qiyamında bir polis əməkdaşının öldürülməsinə görə 20 il həbs cəzasına məhkum edilib.
1971-ci ildə paytaxtın Şibuya rayonunda ifrat solçu “Çuukakuha” qruplaşmasının üsyanı zamanı polis əməkdaşının qətlə yetirilməsi ilə bağlı Tokio Rayon Məhkəməsində dinləmə keçirilib.
İfrat solçu "Çuukakuha" fəalı Masaaki 1971-ci il qiyamında iştirak etdiyini etiraf edib, lakin polis məmurunun ölümünə səbəb olduğu iddialarını rədd edib.
Prokuroru 74 yaşlı Osakanın ömürlük həbs cəzasına məhkum edilməsini istəyib.
Hakim Masaakini bir polisi öldürmək, 3 polisi yaralamaq və polis bölməsini yandırmaq ittihamı ilə 20 il həbs cəzasına məhkum edib.
Qeyd edək ki, qiyamdan sonra təxminən 45 il qaçaq həyatı yaşayan ifrat solçu Masaaki 2017-ci ildə həbs edilib.