Belçika məhkəməsi ölkə tarixində ən qanlı terror aktı törətməkdə ittiham olunanlara hökm oxuyub
Belçika məhkəməsi 2016-cı ildə Brüssel hava limanında və metro stansiyasında 32 nəfərin ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olan intiharçı partlayışlarla əlaqədar terror ittihamı ilə 5 kişini ömürlük həbs cəzasına məhkum edib.
Bu barədə "Associated Press" məlumat yayıb.
Əsas şübhəli Salah Abdeslam əvvəllər 22 mart 2016-cı il hücumlarından bir neçə gün əvvəl atışmada iştirak etdiyinə görə 20 il həbs cəzasına məhkum edilib və bir daha həbs olunmayıb.
Abdeslam 2015-ci ildə Paris kafelərinə, Bataclan teatrına və Fransanın milli stadionuna edilən hücumlarda rol aldığı üçün Fransada ömürlük həbs cəzası çəkirdi. Həm Paris, həm də Brüssel hücumları eyni İslam Dövləti şəbəkəsi ilə əlaqəli idi.
Belçika tarixinin ən böyük məhkəməsində ümumilikdə 10 müttəhim iştirak edib. Qardaş olan iki təqsirləndirilən şəxsə qarşı bütün ittihamlar götürülüb. Qalan səkkiz nəfər isə terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirli bilinib; səkkiz nəfərdən altısı da terrorist qətlə görə məhkum edilib.