Sinqapurda 20 ildən sonra ilk qadın edam ediləcək


Sinqapurda narkotik alverində təqsirli bilinən Saridewi Djamani ölkədə son 20 ildə edam edilən ilk qadın olacaq.


“The Guardian”ın xəbərinə görə, Transformativ Ədalət Cəmiyyətindən (TJC) verilən açıqlamada 2018-ci ildə narkotik ticarəti ilə bağlı edam cəzasına məhkum edilən Saridewi Djama haqda qərarın iyulun 28-də icra ediləcəyi bildirilib.

Açıqlamada Sinqapurda edam cəzasını gözləyən iki qadından biri olan Saridewinin ifadə verərkən narkotik maddə çəkdiyi və bu səbəbdən polisə düzgün izahat verə bilmədiyi iddia edilib.

Sözügedən edam ölkədə 2004-cü ildən bəri ilk qadın edamı olacaq.

COVID-19 səbəbiylə edamların dayandırıldığı Sinqapurda epidemiyadan sonra 13 nəfər edam cəzasına məhkum edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu