ABŞ-da ölüm hökmünə məhkum edilmiş məhbus azotla edama qarşı iddia qaldırıb


ABŞ-ın Alabama ştatında ölüm cəzasına məhkum edilmiş məhbus azotla edamların konstitusiyaya zidd olduğunu iddia edərək federal məhkəməyə iddia qaldırıb.



Edamını gözləyən məhbus David Phillip Wilson yanvarın 26-da Alabama ştatında məhbus Kennet Smithin ölkədə ilk dəfə istifadə edilən azot qazı ilə edamı zamanı əziyyət çəkdiyini əsas gətirərək iddia qaldırıb.

Wilson iddia edib ki, edam zamanı Smit bir neçə dəqiqə şiddətlə sarsılıb və bu metod işgəncədir.

Alabama ştatının federal məhkəməsinə verilən ərizədə azotla edamın işgəncə olduğu və təkrarlanmasına icazə verilməməsi diqqət çəkib.

Müraciətdə şahidlərin Smitin edam zamanı titrədiyini və sarsıldığını gördükləri qeyd edilib və bunun ştat rəsmilərinin federal hakimlər qarşısında azotla edamın tez və insanpərvər ölümü təmin edəcəyi öhdəliyinə zidd olduğu bildirilib.

İddia ərizəsində məhkəmədən hazırkı azotlu edam protokolunun məhbusun “qəddar və qeyri-adi cəzadan qorunmaq” konstitusion hüququnu pozduğuna dair deklarativ qərar çıxarması istənilib.

Wilson quldurluq və qətldə təqsirli bilinərək 2004-cü ildə ölüm cəzasına məhkum edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu