Ekvador Konstitusiya Məhkəməsi evtanaziyanı cinayət əməli olmaqdan çıxarıb
Ekvador Konstitusiya Məhkəməsi ALS (Amiotrofik Yan Skleroz) xəstəsinin açdığı iddiadan sonra verdiyi qərarla ölkədə evtanaziyanı cinayət əməli olmaqdan çıxarıb.
Konstitusiya Məhkəməsi ağır və ya sağalmaz xəstəliklərdən əziyyət çəkənlərin ləyaqətlə ölməsinə icazə verilməli olduğunu əsas gətirərək, ALS xəstəsi olan qadının işi ilə bağlı qərarını açıqlayıb.
Sözügedən məsələnin “ləyaqətlə yaşamaq hüququ” ilə bağlı olduğunu nəzərə alan Konstitusiya Məhkəməsi, sağalmaz fiziki zədə və ya sağalmaz xəstəlik nəticəsində şiddətli ağrılar keçirən xəstələrə evtanaziyanın tətbiq oluna biləcəyinə qərar verib.
Konstitusiya Məhkəməsi lazımi hüquqi tənzimləmələri etmək üçün millət vəkillərinə və səhiyyə işçilərinə 12 ay vaxt verib.
İddianı qaldıran 42 yaşlı Paola Roldan qərardan sonra mətbuata açıqlama verərək, bu günün onun üçün xüsusi bir gün olduğunu qeyd edərək, azadlığın və ləyaqətin tərəfində durduğuna görə Konstitusiya Məhkəməsinə təşəkkürünü bildirib.
2020-ci ildə ALS simptomları olan Roldan 2023-cü ilin avqustunda Konstitusiya Məhkəməsinə müraciət edərək, ağır və ya sağalmaz xəstəliklərdən əziyyət çəkənlərin şərəfli ölümə layiq olduqlarını və onlara həyatlarını azad və könüllü şəkildə sonlandırmalarına icazə verilməli olduğunu iddia edib.