NATO Baş Qərargah rəisləri Brüsseldə toplanırlar


NATO-nun ali hərbi orqanı və Hərbi Komitəsi mayın 10-da Brüsseldə iclas keçirməyə hazırlaşırlar.


AFN.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, iclas zamanı Ukraynadakı müharibənin müzakirəsi planlaşdırılır.

Bu barədə NATO-nun Mətbuat Xidməti məlumat verib.

Qeyd olunub ki, iclasa Hərbi Komitənin rəhbəri, admiral Rob Bauer sədrlik edəcək. Həmçinin NATO Birləşmiş Silahlı Qüvvələrinin Avropadakı Ali Baş Komandanı, general Kristofer Kavoli, NATO Birləşmiş Silahlı Qüvvələrinin transformasiya üzrə Ali Baş Komandanı, general Filipp Lavin də iclasda iştirak edəcəklər.

“NATO Hərbi Komitəsinin iclası 32 Baş Qərargah rəisinin görüşməsinə və Alyans üçün strateji əhəmiyyət kəsb edən məsələləri müzakirə etmələrinə imkan verəcək”, - deyə məlumatda qeyd edilib.
Eyni zamanda NATO Baş katibi Yens Stoltenberqin də Alyansın əsas prioritetlərinin və problemlərinin müzakirəsi üçün Hərbi Komitənin ilk iclasına qatılması planlaşdırılır.

Baş Qərargah rəisləri Ukrayna ərazisindəki müharibə, bölgələrdəki vəziyyət, NATO və Alyans üzvləri tərəfindən Ukraynaya gələcək dəstək məsələlərini nəzərdən keçirəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu