NATO-nun müdafiə nazirləri Brüsseldə toplaşıb


NATO ölkələrinin müdafiə nazirləri Brüsseldə Alyansın müdafiə və çəkindirici gücünün artırılması, Ukraynaya dəstək, Asiya-Sakit Okean və Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi gündəliyi ilə görüşüblər.



NATO-nun Brüsseldəki qərargahında NATO-nun baş katibi Mark Ruttenin sədrliyi ilə keçirilən ilk iclasda müttəfiq ölkələrin müdafiə nazirləri bir araya gəlib.

NATO-nun baş katibi Rutte iclasın girişində mətbuata açıqlama verib.

Asiya-Sakit okean tərəfdaşları olan Yeni Zelandiya, Avstraliya, Yaponiya və Cənubi Koreyanın müdafiə nazirlərinin ilk dəfə NATO-nun Müdafiə Nazirləri Toplantısına qatılacağını bildirən Rutte görüşdə AB-nin də iştirak edəcəyini və əməkdaşlığın dərinləşdirilməsinə önəm verildiyini bildirib.

Rutte eyni vaxtda Brüsseldə keçirilən Aİ sammitində iştirak etmək üçün gələn Ukrayna prezidenti Volodimir Zelenskinin də NATO Müdafiə Nazirləri Toplantısının bir hissəsinə qatılacağını bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu