NATO baş katibliyi üçün Rutteyə 2 ölkədən dəstək
Macarıstan və Slovakiya NATO baş katibi postuna namizədliyini açıqlayan Hollandiyanın baş naziri Mark Rutteni dəstəkləyəcəklərini açıqlayıblar.
Macarıstanın baş naziri Viktor Orban həm NATO-nun hazırkı baş katibi Yens Stoltenberq, həm də Hollandiyanın baş naziri Mark Rutte ilə keçirdiyi görüşlərlə bağlı X sosial media hesabından açıqlamalar verib.
Orban Macarıstan personalının NATO-nun Ukraynadakı fəaliyyətlərində iştirak etməməsi və bu fəaliyyətlər üçün ölkəsinə aid heç bir vəsaitin istifadə edilməməsi mövzusunda Stoltenberqlə razılaşdıqlarını bildirib.
Ruttenin NATO-nun baş katibi olacağı təqdirdə bu razılaşmaya sadiq qalacağını dediyini bildirən Orban, “Macarıstan verdiyi sözə uyğun olaraq, baş nazir Ruttenin NATO Baş Katibliyinə namizədliyini dəstəkləməyə hazırdır” - deyə qeyd edib.