NATO ölkələrinin xarici işlər nazirləri sabah Brüsseldə görüşəcək


NATO-ya üzv ölkələrin xarici işlər nazirləri sabah NATO-nun Brüsseldəki mənzil-qərargahında bir araya gələrək müxtəlif məsələləri, xüsusən də Ukraynanı müzakirə edəcəklər.


AFN.az xəbər verir ki, toplantıdan əvvəl Finlandiyanın Alyansın 31-ci üzvü kimi iştirakı mərasimi keçiriləcək. Mərasimdə Finlandiya prezidenti Sauli Niinistö də iştirak edəcək və Finlandiya bayrağı NATO-nun mənzil-qərargahında qaldırılacaq.

Nazirlərin iki günlük görüşünün ilk günündə NATO-Ukrayna Komissiyasının iclası keçiriləcək. Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın iştirakı ilə keçiriləcək görüşdə İsveç də iştirak edəcək.

XİN başçıları NATO və Ukrayna Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya uzunmüddətli dəstəyin necə davam etdiriləcəyini, həmçinin Ukraynanın sovet dövründən qalma hərbi materiallardan NATO standartı materiallarına keçidini müzakirə edəcəklər. Nazirlər Ukraynadan başqa, Alyansın cənubundakı qeyri-sabitlik, terrorizmlə mübarizə və İran, Rusiya və Çinin artan təsirləri kimi problemləri də müzakirə edəcəklər.

İclasın ikinci günündə nazirlər NATO-nun Hind-Sakit okean regionunda tərəfdaşları olan Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyadan olan həmkarları ilə görüşəcəklər. İclasın bu hissəsində Avropa İttifaqının (Aİ) nümayəndəsi də iştirak edəcək.

NATO Xarici İşlər Nazirləri Toplantısında kibermüdafiə, yeni texnologiyalar və dezinformasiya ilə mübarizə kimi mövzular, Çinin Rusiya ilə getdikcə yaxınlaşması və Çinin Rusiyaya mümkün silah dəstəyi müzakirə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu