İsveç martın 11-də rəsmən NATO-nun 32-ci üzvü olacaq
İsveç martın 11-də NATO-nun 32-ci üzvü kimi Alyansa rəsmi olaraq qoşulacaq.
İsveç mətbuatında yer alan məlumata görə, martın 11-də Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında İsveçin üzvlüklə bağlı rəsmi mərasimi keçiriləcək.
NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırılacaq. Beləliklə, İsveç Alyansın 32-ci üzvü olacaq.
Macarıstan Milli Assambleyası fevralın 26-da İsveçin NATO-da iştirakını təsdiqləyib və bununla da bütün müttəfiqlər üçün təsdiqləmə prosesi başa çatıb.
Xatırladaq ki, İsveç 2022-ci il mayın 18-də NATO-ya üzvlük üçün müraciət edib.