Rutte NATO-nun 14-cü baş katibi oldu


Hollandiyanın keçmiş baş naziri Mark Rutte NATO-nun 14-cü Baş katibi kimi vəzifəsinin icrasına başlayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Rutte bu vəzifəni son 10 il ərzində tutan norveçli Yens Stoltenberqi əvəz edib. Təhvil-təslim mərasimi NATO-nun mənzil-qərargahında Şimali Atlantika Şurasının xüsusi iclasında baş tutub.

Səlahiyyətlərini təhvil verən Stoltenberq Rusiya-Ukrayna münaqişəsi haqda xüsusi vurğulayıb. "2014-cü ildə alyansa qoşulanda NATO Ukraynaya yalnız kiçik dəstək verirdi, lakin indi bu dəstək kütləvidir və koordinasiya üçün NATO-nun xüsusi qərargahı yaradılıb" - deyə o, qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu