Putinlə Trampın danışığında sanksiyaların ləğvi məsələsi qaldırılmayıb


Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın arasında dünən baş tutan telefon danışığında sanksiyaların ləğvi mövzusu qaldırılmayıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Buna baxmayaraq, Rusiya Federasiyası bu sanksiyaları qanunsuz hesab edir" - deyə Peskov qeyd edib.

Dünən axşam saatlarında iki ölkənin lideri arasında təxminən saat yarım sürən telefon danışığı olub. Prezidentlər görüşməklə bağlı razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu