Peskov Putinin Trampla telefon danışığına hazırlaşdığını təsdiqləyib

Putin və Tramp arasında telefon danışığına hazırlıq gedir – Peskov
AFN.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ və Rusiya liderləri arasında telefon danışığının hazırlandığını təsdiqləyib.
Peskov bu barədə TASS-a açıqlamasında danışıb. O, mayın 19-da Rusiya prezidenti ilə telefonla danışacağını bildirən ABŞ prezidenti Donald Trampın sözlərini belə şərh edib: “Söhbətə hazırlıq gedir”.
Xatırladaq ki, Tramp "Truth Social" platformasında paylaşım edərək, mayın 19-da Vladimir Putinlə telefonla danışacağını qeyd etmişdi. O, həmçinin bildirmişdi ki, bu söhbətdən sonra Ukrayna prezidenti Vladimir Zelenski və NATO müttəfiqləri ilə də əlaqə saxlayacaq.
Qeyd edək ki, Putin və Tramp arasında sonuncu telefon danışığı bu ilin martın 18-də baş tutmuşdu.