Bessent: ABŞ Çinin Rusiyadan neft almasına görə rüsum tətbiq etməyəcək


ABŞ administrasiyası Çinin Rusiya neftini almasına görə Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq etməyi planlaşdırmır.

AFN.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent “Reuters” və “Bloomberg” agentliklərinə müsahibəsində deyib. O qeyd edib ki, bu addım yalnız Avropadakı müttəfiqlər oxşar qərar qəbul edəcəyi təqdirdə atıla bilər.

Biz gözləyirik ki, indi avropalılar öz öhdəliklərini yerinə yetirsinlər və biz Avropasız hərəkət etməyəcəyik”, – deyə Bessent ABŞ-ın Çinə qarşı rüsum tətbiq edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu