ABŞ maliyyə naziri: Rusiya sanksiyalarının heç biri ləğv olunmayıb


Skott Bessent: ABŞ Rusiya sanksiyalarının heç birini ləğv etməyib



ABŞ-ın Maliyyə naziri Skott Bessent Vaşinqton administrasiyasının Rusiya ilə bağlı əvvəlki sanksiyalardan hər hansı birini ləğv etməsindən xəbərsiz olduğunu bildirib.



“Bildiyim qədərilə, belə bir şey yoxdur”, – deyə o, ABŞ Konqresinin Senatındakı büdcə ayırmaları komitəsində keçirilən dinləmələr zamanı prezident Donald Trampın administrasiyasının Rusiya əleyhinə sanksiyalardan hər hansı birini ləğv edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.



Eyni zamanda, Bessent həmin dinləmələr zamanı Tramp dövründə ABŞ-ın sanksiya tətbiq etdiyi heç bir rus təşkilatının adını çəkə bilməyib. Demokrat senator Kris Kunsun (Delaver ştatından) sualına cavab olaraq, o bildirib: “Sonradan sizə onların sayını bildirəcəyəm”. Senator Kuns əminliklə bildirib ki, hazırkı administrasiya Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq etməyib. Bessent bu fikrə etiraz etməyib.



ABŞ Maliyyə naziri əlavə edib ki, Vaşinqton guya Rusiya və İran nefti daşıyan gəmilərə qarşı tədbirlər görür. “Ruslar və iranlılar sanksiyalardan yayınmaqda, xüsusən də "kölgə donanması" deyilən üsullarla, çox ustadırlar. Biz onlara təzyiq göstəririk”, – Bessent vurğulayıb və qeyd edib ki, bu təzyiqlər qeyd olunan gəmilərə yönəlib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu