ABŞ-ın maliyyə naziri Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edəcək


ABŞ prezidenti Donald Tramp ABŞ-ın maliyyə naziri Skott Bessenti Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya göndərəcəyini bildirib.


AFN.az xəbər verir ki, o, bu barədə "Truth" sosial media hesabında yazıb.

"Mən xəzinədarlıq katibi Skott Bessenti prezident Zelenski ilə görüşmək üçün Ukraynaya göndərirəm. Bu müharibə tezliklə bitməlidir. Çoxlu ölüm və dağıntılar var" - deyə ABŞ prezidenti qeyd edib.

Tramp bildirib ki, Birləşmiş Ştatlar dünyada milyardlarla dollar xərcləyib, amma nəticə qaneedici deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu