Bessent Rusiya əleyhinə sanksiyaların yumşaldılmasını istisna etmir

ABŞ-ın maliyyə naziri Skott Bessent Ukraynada münaqişənin sülh yolu ilə həllində irəliləyişə nail olmaq üçün Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını, o cümlədən Rusiya banklarının SWIFT sisteminə qoşulmasını istisna etməyib.
AFN.az xəbər verir ki, o, "Fox News"a açıqlamasında bu haqda danışıb. "Məncə, bütün variantlar masadadır. Rusiya rəhbərliyinin növbəti addımları sanksiyaların sərtləşdiriləcəyini və ya yumşaldılacağını müəyyən edəcək”, - deyə bildirib.
ABŞ dövlət katibi Marko Rubio da bəyan edib ki, kollektiv Qərb Ukraynadakı münaqişənin yekun həllinə nail olmaq üçün Rusiyaya qarşı sanksiyalar rejiminə yenidən baxmağa məcbur olacaq.