Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb


Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 6 ay uzatdığını açıqlayıb.


Avropa Şurasından verilən açıqlamada, Rusiyanın Ukraynada sabitliyin pozulmasına yönəlik hərəkətləri səbəbindən 2014-cü ildə tətbiq edilən sanksiyaların 31 yanvar 2024-cü ilə qədər uzadıldığı bildirilib.

Aİ-nin sanksiyaları 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan sonra uzadılıb.

Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və lüks mallar da daxil olmaqla geniş spektrdə davam edir.

Rusiyadan Aİ-yə xam neft və bəzi neft məhsullarının idxalına qadağa qoyulması, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılması sanksiyalara daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu