Aİ Şurası Rusiyaya qarşı sanksiyaları iyulun 31-dək uzadıb
Avropa İttifaqı Şurası növbəti dəfə Rusiyaya qarşı sanksiyalarını altı ay, yəni iyulun 31-dək uzadıb.
AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir. “Aİ Şurası bu gün Ukraynada sabitliyi pozan hərəkətlərə görə Rusiyaya qarşı qadağanedici tədbirlərin müddətini 2024-cü il iyulun 31-dək uzadıb”, - deyə bəyanatda qeyd edilir.
Aİ 2014-cü il iyulun 31-dən Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. O vaxtdan bəri, onlar hər altı aydan bir avtomatik olaraq yenilənir. Ümumilikdə, Aİ Rusiya Federasiyasına qarşı 12 iqtisadi sanksiyalar paketi tətbiq edib və bu ticarət-iqtisadi məhdudiyyətlər rejimini öz tarixində ən sərt rejim edbi.