Tramp: Venesuela nefti ilə birlikdə 500 illik ehtiyatımız var


ABŞ Prezidenti Donald Tramp ölkəsinin Venesuela ilə əldə etdiyi enerji razılaşması nəticəsində böyük neft ehtiyatlarına çıxış qazandığını və bu ehtiyatların ABŞ-a yüz illərlə kifayət edə biləcəyini bildirib.

AFN.az "Newsweek"ə istinadən xəbər verir ki, Tramp bunu Dallasda Respublikaçılar Partiyasının Konqresə aralıq seçkiləri ərəfəsində keçirilən milli qurultayında çıxışı zamanı deyib.

ABŞ lideri Venesuela ilə əldə olunan razılaşmanı ölkə tarixindəki ən böyük sövdələşmələrdən biri kimi qiymətləndirib.

"Gəlin neftdən danışaq. Venesuelanı da əlavə etməklə, dünyanın ən böyük neft istehsalçısı bizik. Bu, ən böyük neft sövdələşməsidir və yəqin ki, ölkəmizin tarixindəki ən böyük razılaşmadır. 65 milyard barel bizimdir. Bilirsiniz, bu nə deməkdir? Bu, bütün ömrümüzə, 500 ilə kifayət edər", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Vaşinqton Karakasla hazırda "əla münasibətlər" qurub.

Trampın açıqlamasında sözügedən 65 milyard barellik ehtiyatın ABŞ-ın istifadəsinə keçməsi və bunun 500 il üçün kifayət etməsi ilə bağlı rəqəmlər prezidentin öz iddiası kimi təqdim olunur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu