Tramp Venesueladan neft daşınmasına icazəni ləğv etmək qərarına gəlib

ABŞ prezidenti Donald Tramp Venesueladan neft hasilatı və ixracına icazəni ləğv edib.
Bu barədə o, "Truth Social" sosial şəbəkəsində məlumat verib.
O, Karakasın ABŞ-la neft hasilatı ilə bağlı razılaşmanın şərtlərini, o cümlədən Cənubi Amerika ölkəsində seçkilərin keçirilməsi şərtlərini yerinə yetirmədiyini izah edib. Bununla əlaqədar Vaşinqton keçmiş prezident Co Baydenin Venesuela lideri Nikolas Maduroya 26 noyabr 2022-ci il tarixli neft sazişi çərçivəsində verdiyi güzəştləri ləğv edir. Tramp qeyd edib ki, icazə martın 1-də ləğv ediləcək.
Tramp həmçinin Venesuela hökumətini ABŞ-a qeyri-qanuni yollarla daxil olan vətəndaşlarını geri qaytarmaqda belə tez ittiham edib.
Donald Tramp inauqurasiya günü ABŞ-ın Venesuela neftinə ehtiyacı olmadığını bəyan edib.