Venesuela ABŞ-ın düşmənidir - Tramp


ABŞ prezidenti Donald Tramp Venesuelanı düşmən adlandırıb və Amerika şirkətlərinin ondan neft almağa davam etməsini istəmədiyini bildirib.


O bildirib ki, birinci prezidentliyi dönəmində Venesuelanı çətin vəziyyətə salıb: "Hər şeyin çox yaxşı olacağı kimi görünürdü. Sonra Co Bayden gəldi və həmişə olduğu kimi hər şeyi məhv etdi. Onun rəhbərliyi altında Venesueladan milyardlarla dollar dəyərində neft almağa başladılar. Niyə düşmənə üz tutdular və ona milyardlarla, milyardlarla dollar verdilər? Mənim rəhbərliyim altında belə bir qərar verilməyəcək. Biz bu məsələni araşdırırıq".

Tramp ABŞ-ın kifayət qədər neft ehtiyatına malik olduğu üçün belə sövdələşmələrə ehtiyac olmadığını vurğulayıb. "Biz bütün bu vəziyyəti araşdırırıq, Bayden niyə bunu etdi, səbəblərini axtarırıq" - o bildirib və əvvəlki Vaşinqton administrasiyasını nəyin motivasiya etdiyini öyrənmək niyyətində olduğunu deyib.

Amerika şirkətlərinə, o cümlədən "Chevron"a Venesueladan neft almağa davam etməyə icazə verib-verməyəcəyi ilə bağlı suala cavabında Tramp bildirib ki, hazırda bu məsələyə baxılır: "Bəlkə də bu icazə verilməyəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu