Venesuela neftdən əldə edəcəyi gəlirlə ABŞ məhsulları alacaq - Tramp



ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuela neft müqaviləsindən əldə edəcəyi gəlirlə yalnız Amerika istehsalı məhsullar alacaq.

Tramp bu barədə Truth Social hesabında paylaşım edib.

O, alınacaq məhsullar arasında Amerika istehsalı olan kənd təsərrüfatı məhsulları, dərmanlar və tibbi cihazlar, həmçinin Venesuelanın elektrik şəbəkəsini və enerji obyektlərini yaxşılaşdırmaq üçün avadanlıqlar olduğunu bildirib.

Tramp qeyd edib ki, Venesuela ABŞ‑ı əsas tərəfdaş kimi seçərək onunla iş görməyi öhdəsinə götürüb.

O, bunu ağıllı seçim kimi xarakterizə edərək bunun həm Venesuela xalqı, həm də ABŞ üçün çox yaxşı bir şey olduğunu vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu