ABŞ İranın “kölgə donanması”na sanksiyalar tətbiq edib


ABŞ-ın maliyyə naziri İranın “kölgə donanması”na qarşı sanksiyalar tətbiq edən fərmanlar imzalayıb



ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, İrana qarşı, o cümlədən İslam Respublikasının “kölgə donanması”nı hədəf alan iki fərman imzalayıb.



AFN.az xarici mediaya istinadən xəbər verir ki, o bu barədə ABŞ Konqresinin Senatındakı dinləmələr zamanı danışıb. “Bu səhər İrana aid olan iki fərmanı daha imzaladım. Biz İrana maksimum təzyiq göstəririk. Onların "kölgə donanmasını" izləməyə çalışırıq” — deyə Bessent qeyd edib. O, digər təfərrüatlarla bağlı açıqlama verməyib.



Qeyd edək ki, ötən həftə ABŞ İrana dəstək məqsədilə vəsaitlərin yuyulmasında iştirak edən 10 fiziki şəxs və 27 şirkətə qarşı da sanksiyalar tətbiq edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu