Britaniya Rusiyanın kölgə donanması gəmilərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib
Britaniya 20 kölgə donanması gəmisinə Rusiya neftini daşıdığını əsas gətirərək yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.
Baş nazirin 10 saylı ofisindən verilən açıqlamada, Rusiyanın kölgə donanmasına sanksiya qərarının bu ölkənin enerji sektorunu hədəf aldığı bildirilib.
Açıqlamada “Okean Faye”, “Andaman Skies” və “Mianzimu”nun sanksiyaya məruz qalan 20 gəmi arasında olduğu bildirilib.
Bu gəmilərin hər birinin bu il 4 milyon barreldən çox Rusiya nefti daşıdığı və sanksiyaların gəmilərin hərəkətini məhdudlaşdırmaqla yanaşı, Britaniyanın bəzi limanlarına girişi də qadağan etdiyi bildirilib.
İngiltərənin indiyə qədər 93-ü neft tankeri olan 100-dən çox gəmiyə Rusiya neftini daşıdıqları səbəbiylə sanksiya tətbiq etdiyi bildirilib.
Bəyanatda ifadələri yer alan İngiltərə baş naziri Keir Starmer sözügedən sanksiyaların Rusiya prezidenti Vladimir Putinin ləngiyən müharibə iqtisadiyyatına təzyiqi daha da artıracağını şərh edib.
Digər tərəfdən, bəyanatda bildirilir ki, Böyük Britaniya Ukraynaya enerji şəbəkəsini təmir etmək və qış aylarında ən həssas təbəqələrə dəstək olmaq üçün 35 milyon funt-sterlinq təcili yardım verəcək.
Qeyd edək ki, Rusiyanın Qərb ölkələrinin sanksiyalarına qarşı gizli şəkildə neft və yük daşımaq üçün yararsız və köhnə tankerlərdən ibarət gizli kölgə donanması qurduğu iddia edilir.
Dünən Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın kölgə donanmasını da hədəf alan 15-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib.