Böyük Britaniyadan Rusiyanın qızıl və neft sektorlarını hədəf alan yeni sanksiyalar


İngiltərə Rusiyanın qızıl və neft sektorlarında fəaliyyət göstərən və dəstəkləyən 29 şəxs və təşkilata sanksiya tətbiq etmək qərarına gəldiyini açıqlayıb.


Britaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, yeni siyahıda rusiyalı oliqarxlar, şirkətlər və üçüncü ölkələrdən olan adlar var.

Açıqlamada qızıl və neft sektorlarının Rusiya üçün kritik gəlir mənbələri olduğu, qızılın isə Moskva üçün neft və təbii qazdan sonra ən yüksək dəyərə malik sektor olduğu və 2021-ci ildə Rusiya iqtisadiyyatına 12,6 milyard funt sterlinq töhfə verdiyi bildirilib.

Böyük Britaniyanın beynəlxalq tərəfdaşları ilə birlikdə bu gəlirlərin azaldılmasına yönəlmiş geniş tədbirlər həyata keçirdiyi və Rusiyanın qızıl və neft sektorlarında fəaliyyət göstərən və onlara dəstək verən 29 fiziki və təşkilatın sanksiya siyahısına daxil edildiyi də bəyanatda əksini tapıb.

Açıqlamada İngiltərənin 1800 nəfər, şirkət və qrupa qarşı sanksiya tətbiq etdiyi, onların arasında müharibənin əvvəlində ümumi sərvəti 145 milyard funt sterlinq olan 129 oliqarxın olduğu qeyd edilib.

Bəyanatda ifadələri yer alan İngiltərə Xarici İşlər Naziri Ceyms Kleverli sanksiyaların “Kremlin müharibə iqtisadiyyatına ağır zərbə vurmaqda” davam etdiyini bildirib.

Bu günə qədər tətbiq edilən sanksiyaların Rusiyanı 400 milyard dollardan çox maliyyə vəsaitindən məhrum etdiyini bildirən Kleverli bildirib ki, Moskvaya təzyiqləri artırmağa davam etməlidirlər. "Bugünkü sanksiyalar Rusiya üçün iki kritik gəlir mənbəyi olan Rusiya qızılı və neftini hədəf alır. Biz bu kanalların kökünü kəsməliyik və Putinə təzyiq göstərməyə davam etməliyik. Onun Ukraynada ləngiyən müharibə cəhdinin uğursuzluğa düçar olmasını təmin edəcəyik” - deyə Kleverli bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu