CENTCOM: İordaniyada 2 ABŞ əsgəri öldü, 1 əsgər itkin düşdü
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın İordaniyadakı hərbi bazaya təşkil etdiyi raket hücumunda 2 ABŞ hərbçisinin həyatını itirdiyini, 1 əsgərdən isə xəbər alınmadığını bəyan edib.
AFN.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının sosial media hesabından verilən rəsmi açıqlamada 17 iyulda ABŞ və müttəfiq qüvvələrin İordaniyada İranın ballistik raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarının qarşısını aldığı əsnada 2 ABŞ əsgərinin həlak olduğu ifadə edilib.
Paylaşımda 1 ABŞ hərbçisinin itkin düşdüyü, müalicə məqsədilə İordaniyadakı xəstəxanalara təxliyə edilən 4 əsgərin artıq evə buraxıldığı, yüngül xəsarət alan digər şəxsi heyətin isə tibbi müayinədən sonra öz vəzifələrinin icrasına geri döndüyü qeyd olunub.


