ABŞ: Yəməndən atılan ballistik raket ABŞ gəmisini vurub


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərin nəzarətində olan bölgədən atılan ballistik raketin ABŞ-ın "Gibraltar Eagle" konteyner gəmisini vurduğunu açıqlayıb.


CENTCOM X sosial media hesabına hücumla bağlı açıqlama verib.

Açıqlamada, "Səna vaxtı ilə təxminən saat 16:00-da İranın dəstəklədiyi Husi yaraqlıları Yəməndə nəzarət etdikləri bölgədən anti-ballistik raket atıblar. Raket Marşal adaları bayraqlı "Gibraltar Eagle" konteyner gəmisinə dəyib" - deyə bildirilir.

Xəsarət alan olmayıb və gəmiyə ciddi ziyan dəyməyib, gəmi öz yoluna davam edib.

Açıqlamada, günün əvvəlində ABŞ qüvvələrinin Qırmızı dənizə doğru atılan ballistik raketi təsbit etdiyi, sözügedən raketin uğursuzluqla nəticələnərək Yəmən qurusuna dəydiyi, xəsarət alan və dağıntının olmadığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu