CENTCOM: İranda ölən ABŞ əsgərlərinin sayı 7-yə çatdı



ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq həyata keçirdiyi əməliyyatlar zamanı ölən amerikalı hərbçilərin sayının 7-yə çatdığını açıqladı.

AFN.az xəbər verir ki, CENTCOM-un sosial media hesabından verilən bəyanatda İran rejiminin Yaxın Şərqdəki ilk hücumları zamanı aldığı yaralar səbəbindən daha bir ABŞ əsgərinin həyatını itirdiyi qeyd olunub. Bununla da ABŞ-ın İrana qarşı apardığı hərbi əməliyyatlar fonunda həlak olan əsgərlərin sayının 7 nəfərə çatdığı bildirilib.

Məlumata görə, həmin hərbçi 1 mart tarixində Səudiyyə Ərəbistanındakı ABŞ birliklərinə qarşı təşkil edilən hücumda ağır yaralanıb. Açıqlamada həmçinin İrana qarşı genişmiqyaslı hərbi müdaxilənin davam etdiyi vurğulanıb.

Xatırladaq ki, regionda gərginlik fevralın sonlarından etibarən ən pik həddə çatıb və qarşılıqlı zərbələr hələ də davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu