CENTCOM: İrana qarşı hücumlarda 50 mindən çox hərbçi iştirak edir
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarda 50 mindən çox əsgərin vəzifə icra etdiyini, prosesə 200 döyüş təyyarəsi və 2 aviadaşıyıcının cəlb olunduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, CENTCOM komandanı admiral Bred Kuper sosial media hesabı vasitəsilə paylaşdığı video müraciətdə hücumların miqyası barədə ətraflı məlumat verib. Admiral qeyd edib ki, bu hərbi fəallıq ABŞ-ın Yaxın Şərqdə son dövr ərzində həyata keçirdiyi ən böyük hərbi əməliyyatdır.
Kuperin sözlərinə görə, fevralın 28-dən etibarən ABŞ və İsrail qüvvələri İran ərazisində təxminən 2 min hədəfə zərbələr endirib. Komandan həmçinin vurğulayıb ki, aparılan əməliyyatlar nəticəsində İranın hava hücumundan müdafiə sistemləri böyük ölçüdə zəiflədilib və sıradan çıxarılıb.
