CENTCOM: İranın atdığı ballistik raketlərin sayı 90 faiz azalıb
İslam Respublikasına qarşı ABŞ-İsrail hərbi əməliyyatının başlanğıcından bəri İranın ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) buraxılış sayı müvafiq olaraq 90 faiz və 83 faiz azalıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, b barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.
"Əməliyyatın son 24 saatını başlanğıc dövrlə müqayisə etsək, ballistik raket hücumları ilk günlə müqayisədə 90%, pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilən hücumlar isə 83% azalıb", - deyə o, Florida ştatında keçirilən mətbuat konfransında qeyd edib.


