Venesueladakı zəlzələlərdə həlak olanların sayı 4490 nəfərə çatdı



Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 4490 nəfərə yüksəlib.

AFN.az xəbər verir ki, Venesuela Milli Məclisinin sədri Xorxe Rodriges sosial media hesabından fəlakətlə bağlı son təfərrüatları paylaşıb.

O, təbii fəlakət qurbanlarının sayının daha 157 nəfər artaraq 4490-a çatdığını, xəsarət alanların sayının isə 16740 nəfər olduğunu bildirib.

Rodriges dağıntılardan sonra 120794 ailəyə humanitar yardım çatdırıldığını, ən çox tələfatın qeydə alındığı La Quayra başda olmaqla Karakasa və Miranda ştatlarında quraşdırılan müvəqqəti çadır şəhərciklərinin sayının 108-ə çatdırıldığını qeyd edib.

Ölkə mətbuatının verdiyi məlumata görə, Venesuela hökuməti zəlzələdən zərər çəkənlərin mənzil ehtiyacını dəqiq müəyyənləşdirmək məqsədilə biometrik əhali siyahıyaalınmasına start verildiyini bəyan edib.

İlkin qiymətləndirmələrə əsasən, fəsadların aradan qaldırılması üçün təxminən 25 min yeni mənzilin tikintisinə ehtiyac yarana biləcəyi proqnozlaşdırılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu