İsmayıl Bəqayi: Razılaşma böhran mərhələsinə qədəm qoyub



İran Xarici İşlər Nazirliyinin və Danışıqlar Heyətinin sözçüsü İsmayıl Bəqayi İran ilə ABŞ arasında qarşılıqlı zərbələrə münasibət bildirərək "Şübhəsiz ki, razılaşma böhran mərhələsinə qədəm qoyub" deyib.

AFN.az xəbər verir ki, Bəqayi paytaxt Tehranda keçirdiyi həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İranın heç vaxt üzərinə götürdüyü öhdəlikləri pozan tərəf olmadığını iddia edən Bəqayi razılaşma çərçivəsində öhdəlikləri davamlı olaraq pozan tərəfin məhz ABŞ olduğunu vurğulayıb.

O, Omanın paytaxtı Məsqətdə Hörmüz boğazından keçid qaydalarının tənzimlənməsi məqsədilə Oman heyəti ilə bir araya gəldiklərini və müvafiq mexanizm yaratmağa çalışdıqlarını, lakin Vaşinqtonun Oman üzərindəki təzyiqi səbəbindən hər hansı nəticə əldə edə bilmədiklərini diqqətə çatdırıb.

Milli təhlükəsizliklərini və ərazi bütövlüklərini qorumaq üçün lazımi tədbirlər görəcəklərini bəyan edən sözçü son günlər yaşanan gərginliyin bütün məsuliyyətinin ABŞ-nin üzərinə düşdüyünü ifadə edib.

Bəqayi, həmçinin ABŞ-nin Hörmüz boğazında gəmiləri müşayiət etməsi ilə bağlı iddiaların Vaşinqton rəhbərliyinin regiondakı təhlükəsizliyi təhdid altında saxlamaq niyyətindən xəbər verdiyini iddia edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu