İsmayıl Bəqayi: Hörmüz boğazında göstərilən xidmətlərin haqqını almalıyıq



Gündəmdəki məsələlərlə bağlı açıqlama verən İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi Hörmüz boğazından keçid qaydalarına toxunaraq, Hörmüz boğazında göstərilən xidmətlərin haqqını almalı olduqlarını ifadə edib.

AFN.az xəbər verir ki, "Fars" xəbər agentliyinin yaydığı məlumata görə, Bəqayi Hörmüz boğazının beynəlxalq hüquqa əsasən İran və Ummanın ərazi suları sərhədində yerləşdiyini və suverenlik hüquqlarının da bu iki ölkəyə məxsus olduğunu vurğulayıb.

ABŞ və İsrailin İrana yönəlik təhdid və hücumlarında Hörmüz boğazındakı vəziyyətdən istifadə etdiyini və bu durumun İrana Hörmüz boğazı ilə bağlı tədbirlər görmək səlahiyyəti verdiyini bildirən Bəqayi boğazın təhlükəsizliyinin təmin olunmasının beynəlxalq birliyi də məmnun edəcəyini diqqətə çatdırıb.

ABŞ ilə aparılan danışıqlar barədə isə mətbuat katibi amerikalıların nəyi qəbul edib-etməyəcəyinin onları maraqlandırmadığını, ABŞ-ın bir çox şeyi qəbul etmədiyini və öz işlərini özlərinin həll etməli olduqlarını qeyd edib.

Keçmişdə iki dəfə danışıqlar prosesi getdiyi vaxt hücuma məruz qaldıqlarını xatırladan Bəqayi mövcud şəraitdə ABŞ ilə aparılan cari görüşləri ehtiyatla təqib etdiklərini sözlərinə əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu