Yəməndəki husilər: Səudiyyə Ərəbistanı Beynəlxalq Səna Hava Limanını hədəf aldı
Yəməndəki İran yönümlü husilər Səudiyyə Ərəbistanı qüvvələrinin paytaxt Sənada yerləşən Beynəlxalq Səna Hava Limanını hədəf aldığını bəyan ediblər.
AFN.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Səri verdiyi açıqlamada Səudiyyə Ərəbistanı qüvvələrinin Beynəlxalq Səna Hava Limanına hava zərbəsi endirdiyini bildirib.
Səri sözügedən hava hücumunun regionda gərginliyin azaldılması prosesinə son qoyduğunu iddia edib.
Hücumun cavabsız qalmayacağını müdafiə edən Səri Səudiyyə Ərəbistanının bu addımın fəsadları ilə üzləşməli olacağını irəli sürüb.


