Tramp xalqa müraciət edəcəyini elan etdi
ABŞ Prezidenti Donald Tramp iyulun 16-da xalqa müraciət edəcəyini bildirib.
AFN.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
ABŞ lideri müraciətin planlaşdırıldığını dəqiqləşdirsə də, çıxışı zamanı hansı mövzulara toxunacağını açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl Trampın İranda hərbi əməliyyatların bərpa olunması ilə bağlı Konqresə rəsmi məlumat verdiyi məlum olmuşdu.
