Tramp Aİ-yə 50 faiz rüsum qərarını 9 iyula qədər təxirə saldı


ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına 1 iyun tarixindən etibarən birbaşa 50 faiz rüsum tətbiq olunması ilə bağlı qərarını 2025-ci il 9 iyula qədər təxirə saldığını açıqlayıb.

Tramp bu barədə "Truth Social" sosial media platformasında Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə telefon danışığına dair paylaşım edib.

Tramp bildirib ki, fon der Lyayen 1 iyun üçün nəzərdə tutulan 50 faizlik rüsuma əlavə vaxt istəyib və bu tələbi nəzərə alaraq son tarix 9 iyul 2025-ci il olaraq dəyişdirilib.

Tramp həmçinin qeyd edib ki, fon der Lyayen Aİ-ABŞ arasında ticarət danışıqlarının tezliklə başlayacağını bildirib və mövzuya göstərdiyi marağa görə ona təşəkkürünü ifadə edib.

Ursula fon der Lyayen isə öz sosial media hesabında paylaşım edərək Tramp ilə yaxşı bir görüş keçirdiyini vurğulayıb və "Avropa İttifaqı və ABŞ dünyanın ən vacib və yaxın ticarət əlaqəsini paylaşır" ifadəsini işlədib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu