Tramp Rusiya və Ukrayna arasında danışıqların dərhal başlayacağını bildirib


ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə hazırkı telefon danışığından sonra üzünü Avropa liderlərinə tutaraq Moskva ilə Kiyev arasında danışıqların dərhal başlayacağını bildirib.



AFN.az xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.



"Rusiya və Ukrayna arasında danışıqlar dərhal başlayacaq. Mən Rusiya prezidenti Vladimir Putinlə söhbətimdən dərhal sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corcio Meloni və Finlandiya prezidenti Aleksandr Stubbı məlumatlandırdım" - deyə Tramp qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu