Starmer Tramp, Makron, Merz və Meloni ilə Ukraynanı müzakirə edib


Böyük Britaniyanın baş naziri Keyr Starmer ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və İtaliyanın baş naziri Jorciya Meloni ilə telefon danışığı aparıb.



AFN.az "Reuters"-ə istinadən xəbər verir ki, danışıq zamanı əsas müzakirə mövzusu Ukraynadakı münaqişə olub.



Tərəflər şərtsiz atəşkəsin zəruriliyini vurğulayıblar və Moskvanı sülh danışıqlarına ciddi yanaşmağa çağırıblar. Qərb liderləri Rusiya rəhbərliyinin sülh danışıqlarından imtina edəcəyi təqdirdə yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildiriblər.



Qeyd edək ki, Donald Tramp mayın 19-da Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacağını açıqlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu