Makron Trampa zəng edib

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampa zəng edərək Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“Prezident Makron, prezident Tramp, Misir prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullah bin Hüseyn arasında telefon danışığı olub, onlar Qəzza məsələsini müzakirə ediblər” - deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, aprelin 8-də Fransa prezidenti anklav sakinləri üçün humanitar yardımların saxlandığı anbarlara, eləcə də yaralı fələstinlilərin müalicə olunduğu xəstəxanaya baş çəkməyi planlaşdırır.
Bundan əvvəl Fələstinin HƏMAS radikal hərəkatının nümayəndə heyətinin Misir rəsmiləri ilə Qəzza zolağında atəşkəs təklifini müzakirə etmək üçün Qahirəyə gələcəyi haqda məlumat yayılıb. Qeyd olunur ki, danışıqlar zamanı tərəflər Misirin atəşə son qoymaq üçün vasitəçilik səylərini və Misirin atəşkəs və girovların qismən dəyişdirilməsi təklifini müzakirə etməyi planlaşdırır.