KİV: Makron Trampa Kiyevlə bağlı planları deyəcək

Fransa prezidenti Emmanuel Makron martın 27-də Parisdə Avropa liderlərinin Ukrayna ilə bağlı görüşündən sonra ABŞ prezidenti Donald Trampa Avropanın Kiyevə kömək etmək üçün nə etməyə hazır olduğunu söyləməyi planlaşdırır.
AFN.az-ın xəbərinə görə, "Bloomberg" bu barədə öz mənbəsinə istinadən məlumat verib.
Fransa prezidentinin ofisində adının açıqlanmasını istəməyən bir məmurun sözlərinə görə, ABŞ lideri ilə planlaşdırılan telefon danışığı zamanı Makron, həmçinin müzakirə olunan atəşkəs razılaşmasının bir hissəsi olaraq Rusiyaya məcburi olmayan öhdəliklər götürmək tələblərini irəli sürəcək.
Bundan əvvəl Fransa lideri martın 27-də Parisdə Ukrayna ətrafında vəziyyəti müzakirə etmək üçün bir sıra Avropa dövlətləri başçılarının görüşünün keçiriləcəyini bəyan etmişdi. O, bunu Kiyevə yardım göstərmək istəyənlərin koalisiyasının sammiti adlandırmışdı.
Martın 20-də həmin koalisiyaya daxil olan hərbi liderlərin görüşü keçirilib və münaqişə həll edildikdən sonra Ukraynaya qoşun yeridilməsinin əməliyyat detalları müzakirə edilib. Toplantıda 30-a yaxın Qərb ölkəsindən nümayəndələr iştirak edib.