Parisdə Ukrayna sammiti martın 27-də baş tutacaq

Martın 27-də Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün bir neçə ölkə liderlərinin görüşü baş tutacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günü başa çatdıqdan sonra jurnalistlərə deyib.
"Gələn cümə axşamı Parisdə Ukraynaya kömək etmək istəyənlər koalisiyasının sammitini keçirəcəyik", - deyə Makron bildirib.
Qeyd edək ki, "Bloomberg" agentliyi Almaniya, Fransa və Polşa da daxil olmaqla Aİ-nin aparıcı ölkələrinin, həmçinin Aİ üzvü olmayan Kanada və Böyük Britaniyanın gələn həftə Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yeni sammit keçirəcəyi haqda məlumat vermişdi.