Aparıcı Aİ ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək - KİV

Avropa İttifaqının aparısı ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək.
AFN.az xəbər verir ki, bu barədə “Bloomberg” Aİ-dəki mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Almaniya, Fransa və Polşa da daxil olmaqla Aİ-nin aparıcı ölkələri, həmçinin Aİ üzvü olmayan Kanada və Britaniya gələn həftə Parisdə Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yeni toplantı keçirməyi planlaşdırır.
Agentlik qeyd edir ki, bu ölkələr martın 20-də Brüsseldə keçirilən sammitdə Rusiya ilə ABŞ arasında Ukrayna ilə bağlı danışıqlara necə təsir edə biləcəkləri müzakirəsini davam etdirəcək və bu danışıqlarda həlledici formada iştirak etmək imkanını danışacaqlar.