Aİ liderləri Parisdə Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər

AFN.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, bazar ertəsi Parisdə qeyri-rəsmi görüşdə bu barədə müzakirələr aparılıb.
"Biz təhlükəsizlik zəmanətlərini verməyə hazırıq, lakin şərtlər Amerikanın dəstəyinin səviyyəsindən asılı olaraq bütün tərəflərlə müzakirə olunacaq" - deyə agentlik adı açıqlanmayan avropalı rəsmidən sitat gətirib.
Avropa liderləri də hesab edirlər ki, Rusiya ilə rəsmi sülh sazişi imzalanana qədər Ukrayna üçün hərbi əməliyyatları dayandırmaq təhlükəli olacaq.