Tramp Kolumbiya prezidenti ilə telefonla danışdı
ABŞ Prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petronun ona zəng edildiyini və yaxın zamanda onunla görüşməyi səbirsizliklə gözlədiyini açıqlayıb.
Tramp bu barədə Truth Social sosial media platformasında paylaşım edib.
Tramp “Kolumbiya Prezidenti Qustavo Petro ilə görüşmək böyük bir şərəf idi. O, aramızdakı narkotik və digər mübahisələr barədə vəziyyəti izah etmək üçün zəng etdi. Zəngini və üslubunu yüksək qiymətləndirdim və yaxın zamanda onunla görüşməyi səbirsizliklə gözləyirəm” deyib.
Prezident Tramp həmçinin ABŞ və Kolumbiya xarici işlər nazirləri arasında Ağ Evdə görüşlərin planlaşdırıldığını qeyd edib.
Qeyd edək ki, Tramp bundan əvvəl Kolumbiya Prezidenti Petroya ünvanlanmış açıqlamasında bu ölkənin ABŞ-a kokain göndərdiyini iddia etmiş və Petroya “Diqqətli olmalıdır” xəbərdarlığı etmişdi.
Tramp həmçinin Kolumbiyanı “xəstə ölkə” adlandırmış, ABŞ-ın mümkün hərbi müdaxiləsinə dair isə “Kolumbiya əməliyyatı yaxşı səslənir” ifadəsini işlətdiyi bildirilir.
