Bu gün imtahan var
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirir.
AFN.az xəbər verir ki, bu gün, həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan (ikinci cəhd) təşkil edilir.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda keçirilir.
Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb. Saat 09:45-də buraxılış rejimi başa çatıb və bu vaxtdan sonra gələn iştirakçılar imtahan binalarına buraxılmayıblar.

