Xamenei bir həftə davam edən mərasimlərdən sonra Məşhəddə dəfn edilib
ABŞ və İsrailin hücumlarında həyatını itirən İranın keçmiş lideri Ayətullah Əli Xamenei İran və İraqın müxtəlif şəhərlərində bir həftə davam edən dəfn mərasimlərinin ardından Məşhəd şəhərində dəfn edilib.
AFN.az xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı yönəlmiş hücumlarında həyatını itirən İranın keçmiş dini lideri Əli Xamenei son mənzilə yola salınıb.
İran mətbuatında yer alan xəbərlərə görə, Məşhəd şəhərindəki İmam Rza türbəsinin Peyğəmbəri-Əzəm həyətində qılınan cənazə namazından sonra, Xameneinin ailə üzvlərinin iştirakı ilə xüsusi vida mərasimi keçirilib.
Xameneinin nəşi daha sonra həmin türbənin Darüz-Zikr salonunda dəfn olunub.
Xameneinin torpağa tapşırılması ilə İranla yanaşı, region ölkələrindən milyonlarla insanın iştirakı ilə reallaşan və günlərlə davam edən dəfn mərasimləri başa çatıb.
Xamenei üçün təşkil edilən dəfn mərasimləri çərçivəsində İranın Məşhəd şəhərində cənazə namazı qılınıb.
Geniş iştirakın təmin edildiyi cənazə namazını Xameneinin böyük oğlu Mustafa Xamenei qıldırıb.
Keçmiş dini liderin cənazə namazından sonra ailə üzvlərinin qatılacağı xüsusi mərasimin ardından İmam Rza türbəsindəki bölmələrdən birində dəfn ediləcəyi açıqlanmışdı.
Qeyd edək ki, İranın keçmiş dini lideri Əli Xamenei ABŞ və İsrailin 28 fevralda həyata keçirdiyi hücumlarda həyatını itirmişdi.
Eyni hücumda Əli Xameneinin kürəkəni, bir qızı, 14 aylıq nəvəsi və İranın indiki dini lideri Müctəba Xameneinin həyat yoldaşı da həlak olmuşdu.
