2026-cı il Emmi Mükafatının namizədləri açıqlandı
Televiziya dünyasının ən nüfuzlu mükafatlarından sayılan Emmi Mükafatının 2026-cı il üzrə namizədlərinin adları rəsmən elan edilib.
AFN.az xəbər verir ki, tibb dramı janrında olan “The Pitt” serialının ən çox nominasiya qazanaraq zirvəyə yerləşdiyi 78-ci Emmi Mükafatları təqdimetmə mərasimi 15 illik fasilədən sonra ilk dəfə bir qadın aparıcının – Mariska Harqiteyin təqdimatında baş tutacaq.
Televiziyanın Oskarı kimi xarakterizə edilən və bu il 78-ci dəfə təşkil olunacaq Emmi Mükafatları üçün həyəcanlı gözlənti davam edir.
Los-Ancelesdəki "Peacock Theater"da keçiriləcək möhtəşəm mükafatlandırma mərasiminin namizədlərini Liza Kolon-Zayas və Ceff Hiller açıqlayıblar.
78-ci dəfə keçiriləcək tədbirdə “The Pitt” 25 nominasiya ilə siyahının zirvəsində qərarlaşıb, “Hacks” isə 24 nominasiya ilə komediya kateqoriyasında tək bir mövsüm üçün namizədlik rekorduna imza atıb.
Televiziya Akademiyası 78-ci "Primetime Emmy" mükafatlarının namizədlərini Los-Ancelesdə elan edib.
Qaliblər sentyabrın 14-də Los-Ancelesdəki "Peacock Theater"da keçiriləcək mərasimdə bəlli olacaq.
Gecənin aparıcılığını “Law & Order: Special Victims Unit” serialının ulduzu Mariska Harqitey edəcək və mərasim NBC telekanalından canlı yayımlanacaq.
Ötən il "Ən yaxşı dram serialı" mükafatını qazanan “The Pitt” ikinci mövsümü ilə aktyorluq, rejissorluq, ssenari və texniki kateqoriyalar daxil olmaqla ümumilikdə 25 nominasiya qazanaraq bu ilin ən çox namizəd göstərilən layihəsi olub.
Komediya tərəfində isə final mövsümü ilə yarışan “Hacks” 24 nominasiya əldə edərək, tək bir mövsüm ilə komediya kateqoriyasında ən yüksək namizədlik sayına çatıb.
Açıqlanan siyahıya görə, keçmiş illərdən bəri populyarlığını itirməyən “The Pitt”, “The Diplomat”, “Paradise”, “Slow Horses”, “Shrinking”, “The Gilded Age”, “Only Murders in the Building”, “The Bear”, “Hacks”, “Abbott Elementary” və “Nobody Wants This” kimi layihələr bu il də bir çox kateqoriyada özlərinə yer tapmağı bacarıblar.
Lakin bu ilin əsl qalibi siyahıya daxil etdiyi yeni layihələrlə "Apple TV+" platforması olub.
Platformanın yeni yüksələn ulduzları olan “Pluribus”, “Widow’s Bay”, “Your Friends and Neighbors” və “Margo’s Got Money Troubles” serialları çoxsaylı nominasiyalarla gecənin favoritləri sırasına daxil olub.
"HBO Max" isə Corc R.R. Martin kainatından bəhs edən “A Knight of the Seven Kingdoms”, komediya elementləri bol olan “Rooster”, geri qayıdan “The Comeback” və cinayət-detektiv yönümlü “DTF St. Louis” ilə güclü mövqe nümayiş etdirib.
"Netflix" isə bu yarışda “The Beast in Me”, “Beef” və “Remarkably Bright Creatures” kimi iddialı ekran işləri ilə liderliyi əldən verməyəcəyini göstərib.
Texniki kateqoriyalar da daxil edildikdə, ümumi hesabda “The Pitt” tam 25 nominasiya ilə bu ilin lideri vəziyyətindədir.
Ondan dərhal sonra 24 nominasiya ilə ekranların sevilən komediyası “Hacks” gəlir.
Siyahını 19 nominasiya ilə “Widow’s Bay”, 18 nominasiya ilə “Pluribus” və mini-serial kateqoriyasının güclü namizədi sayılan “Beef” (16 nominasiya) izləyir.
Cinayət dramı “DTF St. Louis” 13 nominasiya qazandığı halda, televiziya tarixinin ən köklü şoularından olan “Saturday Night Live” ilə komik estetikasını ekrana daşıyan “Spider-Noir” 11 nominasiya ilə liderlərin təqibini davam etdirir.
NBC kanalından canlı nümayiş olunacaq 78-ci Emmi Mükafatları mərasimi sentyabrın 14-də tamaşaçılarla görüşəcək və televiziyanın ən yaxşıları görkəmli mərasimlə kuboklarına qovuşacaqlar.
Böyük maraqla gözlənilən həyəcanlı yarış öncəsi açıqlanan bütün əsas kateqoriyalar və 2026-cı il Emmi Mükafatının namizədləri bu formadadır:
Ən yaxşı dram serialı: The Diplomat, The Gilded Age, A Knight of the Seven Kingdoms, Paradise, The Pitt, Pluribus, Slow Horses, Your Friends & Neighbors.
Ən yaxşı komediya serialı: Abbott Elementary, The Bear, Hacks, Margo’s Got Money Troubles, Nobody Wants This, Only Murders in the Building, Shrinking, Widow’s Bay.
Ən yaxşı mini-serial və ya antologiya serialı: All Her Fault, The Beast in Me, Beef, DTF St. Louis, Love Story: John F. Kennedy Jr. & Carolyn Bessette.
Dram seriallarında ən yaxşı kişi obrazı: Sterling K. Brown (Paradise), Gary Oldman (Slow Horses), Mark Ruffalo (Task), Rufus Sewell (The Diplomat), Noah Wyle (The Pitt).
Dram seriallarında ən yaxşı qadın obrazı: Carrie Coon (The Gilded Age), Chase Infiniti (The Testaments), Keri Russell (The Diplomat), Rhea Seehorn (Pluribus), Zendaya (Euphoria).
Komediya seriallarında ən yaxşı kişi obrazı: Yahya Abdul-Mateen II (Wonder Man), Steve Carell (Rooster), Matthew Rhys (Widow’s Bay), Jason Segel (Shrinking), Martin Short (Only Murders in the Building).
Komediya seriallarında ən yaxşı qadın obrazı: Quinta Brunson (Abbott Elementary), Ayo Edebiri (The Bear), Elle Fanning (Margo’s Got Money Troubles), Lisa Kudrow (The Comeback), Jean Smart (Hacks).
Mini-serial və ya antologiya layihələrində ən yaxşı kişi obrazı: Riz Ahmed (Bait), Jason Bateman (Black Rabbit), Charlie Hunnam (Monster: The Ed Gein Story), Oscar Isaac (Beef), Matthew Rhys (The Beast in Me).
Mini-serial və ya antologiya layihələrində ən yaxşı qadın obrazı: Claire Danes (The Beast in Me), Sally Field (Remarkably Bright Creatures), Carey Mulligan (Beef), Sarah Pidgeon (Love Story: John F. Kennedy Jr. & Carolyn Bessette), Sarah Snook (All Her Fault).
Dram seriallarında ən yaxşı ikinci dərəcəli kişi obrazı: Patrick Ball (The Pitt), Billy Crudup (The Morning Show), Shawn Hatosy (The Pitt), Gerran Howell (The Pitt), Jack Lowden (Slow Horses), Tom Pelphrey (Task), Carlos-Manuel Vesga (Pluribus).
Dram seriallarında ən yaxşı ikinci dərəcəli qadın obrazı: Taylor Dearden (The Pitt), Fiona Dourif (The Pitt), Allison Janney (The Diplomat), Katherine LaNasa (The Pitt), Sepideh Moafi (The Pitt), Julianne Nicholson (Paradise), Karolina Wydra (Pluribus).
Komediya seriallarında ən yaxşı ikinci dərəcəli kişi obrazı: Colman Domingo (The Four Seasons), Paul W. Downs (Hacks), Harrison Ford (Shrinking), Nick Offerman (Margo’s Got Money Troubles), Stephen Root (Widow’s Bay), Michael Urie (Shrinking), Tyler James Williams (Abbott Elementary).
Komediya seriallarında ən yaxşı ikinci dərəcəli qadın obrazı: Dale Dickey (Widow’s Bay), Hannah Einbinder (Hacks), Janelle James (Abbott Elementary), Kate O’Flynn (Widow’s Bay), Michelle Pfeiffer (Margo’s Got Money Troubles), Megan Stalter (Hacks), Jessica Williams (Shrinking).
Mini-serial və ya antologiya layihələrində ən yaxşı ikinci dərəcəli kişi obrazı: Jason Bateman (DTF St. Louis), Richard Gadd (Half Man), David Harbour (DTF St. Louis), Richard Jenkins (DTF St. Louis), Charles Melton (Beef), Nick Offerman (Death by Lightning).
Mini-serial və ya antologiya layihələrində ən yaxşı ikinci dərəcəli qadın obrazı: Linda Cardellini (DTF St. Louis), Dakota Fanning (All Her Fault), Laurie Metcalf (Monster: The Ed Gein Story), Joy Sunday (DTF St. Louis), Youn Yuh-jung (Beef), Constance Zimmer (Love Story: John F. Kennedy Jr. & Carolyn Bessette).
Ən yaxşı televiziya filmi: Heads of State, Miss You, Love You, People We Meet on Vacation, Remarkably Bright Creatures, Tom Clancy’s Jack Ryan: Ghost War.
Ən yaxşı realiti yarışma proqramı: Dancing with the Stars, RuPaul’s Drag Race, Survivor, Top Chef, The Traitors.
Ən yaxşı estrada proqramı: The Daily Show, Jimmy Kimmel Live!, Last Week Tonight with John Oliver, Late Night with Stephen Colbert, Saturday Night Live.


