İspaniyanın cənubundakı meşə yanğınında 11 nəfər həyatını itirib
İspaniyanın cənubundakı Əndəlüs bölgəsinin Almeriya şəhərinə bağlı Los Qalyardos qəsəbəsində çıxan meşə yanğınında 11 nəfər həyatını itirib.
AFN.az xəbər verir ki, Jandarma və Mülki Müdafiə qurumlarından verilən açıqlamada Los Qalyardosda bu səhər başlayan meşə yanğınının ən azı 11 nəfərin ölümünə yol açdığı bildirilib.
Yanğının baş verdiyi bölgədə hər birinin içində bir cəsəd olan tamamilə yanmış 3 avtomobillə yanaşı, Bedara gedişi təmin edən yolun yaxınlığında yanmış daha 8 cansız bədənin tapıldığı elan edilib.
Ölən şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün işlərə başlanıldığı, irimiqyaslı fəlakətlər sahəsində ixtisaslaşmış məhkəmə-tibbi ekspertiza qrupunun hadisə yerində araşdırma apardığı bildirilib.
Los Qalyardosdakı orman yanğınının səbəb olduğu can itkiləri baxımından 17 iyul 2005-ci ildə Quadalaxaranın Riba de Saelises qəsəbəsində 11 nəfərin həyatını itirdiyi yanğınla müqayisə edilə biləcək səviyyədə ölkə tarixindəki ən faciəvi yanğınlar arasında yer aldığı məlumatı bölüşülüb.
Əndəlüs muxtar rəhbərliyi hökuməti Los Qalyardosdakı orman yanğını səbəbindən bölgədəki 1400 nəfərin təhlükəsizlik məqsədilə təxliyə edildiyini, söndürmə işlərinə Hərbi Fövqəladə Hallar Bölməsinin (UME) də 70 texnika və 200 şəxsi heyətlə qatıldığını açıqlayıb.
Əndəlüs bölgəsində Almeriyadan başqa Malaqa şəhəri ətrafında da davam edən meşə yanğınlarını söndürmək üçün qurudan və havadan fəaliyyətlər davam etdirilir.



